Qorxuların içində
Sınmış arzularımla üzbəüz
Həyatın keçidində
Yanıb kül olan son ümüdümüz
Yox olsun xatirələr,
Keçib getsin bu payız,
Qoy danışsın buludlar
Necə qalmışam yalqız
Dünyam tərsinə döndü
Səni gördüyüm anda
Qovuşarıq yenə biz
Zaman adlı qatarda
Bir-birimizdən ayrı
Necə gələ bilər nəfəsimiz
Bir nağıla bənzəyir
Bizi birləşdirən hislərimiz
Bəlkə də yuxularda
İsinər ürəyimiz
Sevginin yollarında
Qovuşarıq yenə biz
Sənsiz tək röyalarda
Yaşayıram o anı
Sonuncu bir gümanım
Zaman adlı qatarım
Sənsiz tək röyalarda
Yaşayıram o anı
Sonuncu bir gümanım
Zaman adlı qatarım