current location : Lyricf.com
/
Songs
/
Əyri otur, Düz danış lyrics
Əyri otur, Düz danış lyrics
turnover time:2025-04-16 06:17:36
Əyri otur, Düz danış lyrics

Əvvəl fikir gəlir, sonra iş çıxır,

Necə ki, uşaq doğulur, sonra iş çıxır.

Bir az geciksə - qızdırma, zır zır,

Sevdiyin treklər bax belə yazılır.

Sənə nə var ki, play basdın qulaq asdın,

Sonra da YouTube'da bir-iki comment yazdın.

Elə bilirsən ki, hamı sənin kimi düşünür,

"Dərya qazdır, Xose sazdır!

Azdır, hamısı bizə azdır!"

AzRepin zirvəsi H.O.S.T idi, indi yoxdur,

Ən sürətli reper Dost idi, indi yoxdur,

Old School reperlər raka maka faka qon,

Qalanlar Facebook'da post idi, indi yoxdur.

Göstəricilərin hamısı satılır pulla,

Camaat say artırır min cür əyri yolla,

Mənim həvəsim öldü like'lara qarşı,

Biləndə, 5000 like cəmi 10 dollar.

Mən - bir nömrə, var tapançam.

Uçur şeytanlar, məndə sanca.

Sevgilim, atma məni, sevgilim, atma məni!

Bizimdir o bucaq, bizimdir bu bucaq. (x2)

İstedad olmasa kömək olmur bığ-saqqal,

Məncə ləqəbinizi dəyişib qoyun siz çaqqal.

Xatırlatma: kim idiniz, olmasa Pərviz?

Mama raqqada çıqqada raqqada çıqqa.

Azrep nədir - yığsan, cəmi 3 Giqabayt?

Ondan iksində mənim adım var.

Ya prodüser, ya da mixing master,

Allah verib, qaqa, sənin istedadın var.

Oh shit, reperlər tək muğam oxumur,

Oh shit, hər kəs hər kəsin qohumu

Hər cür saç düzümü var bizim azrepdə

Oh shit, bircə hörüklü yoxumuz.

Bütün dünyada repdə tattoo dəbdə,

Ya da ki, idmanla şişirdilmiş əzələ.

Bizim ölkədə bir az fərqlidir məsələ,

Əridə bilmirik qarınlar biz hələ.

Mən - bir nömrə, var tapançam.

Uçur şeytanlar, məndə sancaq.

Sevgilim, atma məni, sevgilim, atma məni!

Bizimdir o bucaq, bizimdir bu bucaq. (x2)

Həyatda da beləyəm, öyrəşmişəm küçəyə,

İt hürürsə, mənə mən təpik küçüyə.

Bildiyim həqiqətlərdən növbəti biri bu:

Od olmazsa əgər, rast gəlmərik tüstüyə.

Biz guya gangster, qan qusdururuq,

Bir-iki reper tapıb açarını bururuq.

Kimsə bizim əcdadımızı söysə,

Güya, biz yuxarıdayıq, iqnor və susuruq.

Ədəbiyyat müəllimim öyrədərdi səliqəni,

Hər bir yazım mənim olmalı idi səliqəli.

Birinci verse giriş, ikinci verse gövdə,

Üçüncü verse'ə isə qalmır heç vaxt səbrim mənim.

O-oh, ooo-oh, o-oh, ooo-oh (x2)

Mən - bir nömrə, var tapançam.

Uçur şeytanlar, məndə sancaq.

Sevgilim, atma məni, sevgilim, atma məni!

Bizimdir o bucaq, bizimdir bu bucaq. (x2)

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
PRoMete
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian
  • Genre:Hip-Hop/Rap
  • Wiki:https://az.wikipedia.org/wiki/ProMete
PRoMete
Latest update
Copyright 2023-2025 - www.lyricf.com All Rights Reserved