current location : Lyricf.com
/
Songs
/
Yaxşı Olar [English translation]
Yaxşı Olar [English translation]
turnover time:2024-11-08 15:33:57
Yaxşı Olar [English translation]

Mən nələr arzu etdim qarşıma çıxdı nələr

Bəs hardan biləydim qismətimdir qəm-kədər

Biz belə deyildik axı bizə nələr oldu

Ya yolumuz bağlandı ya bizə dəydi nəzər

Çox məni düşünmə sən belə qəm eləmə

Bilirəm ağırdır heç bir kəsə söyləmə

Düşmənlər sevinər yanqı verərlər sənə

Gələcəyin qabaqdadır bədbəxtəm demə demə

Çox təəssüf eləyirəm bəs niyə belə oldu

Gözümün nurunu yadlar əlimdən aldı

Sən ayrı mən ayrı yolumuzu ayrı saldı

Çox təəssüf eləyirəm bəs niyə belə oldu

Gül balam ağlama hər bir şey yaxşı olar

Bir gündə qəm gedər xoşbəxtlik sənə qalar

Ömrümü də verər eybi yox məndən alar

Gül balam ağlama hər bir şey yaxşı olar

Tanrıma şükür ki səni qəlbimə saldı

Peşman da deyiləm nə olsun verdi-aldı

Səndən mənə bir qalan yaşamağa səbəb olan

Ağlımdan silinməz o xatirələr qaldı

Dözmədin başımın ağrısı yadımdadır

Yarımın canımın qayğısı yadımdadır

Onda gördüm səni necə narahat idin

Gizlicə ağladın hamısı yadımdadır

Çox təəssüf eləyirəm bəs niyə belə oldu

Gözümün nurunu yadlar əlimdən aldı

Sən ayrı mən ayrı yolumuzu ayrı saldı

Çox təəssüf eləyirəm bəs niyə belə oldu

Gül balam ağlama hər bir şey yaxşı olar

Bir gündə qəm gedər xoşbəxtlik sənə qalar

Ömrümü də verər eybi yox məndən alar

Gül balam ağlama hər bir şey yaxşı olar

Çox məni düşünmə sən belə qəm eləmə

Heç bir kəsə söyləmə yanqı verərlər sənə

Gələcəyin qabaqdadır bədbəxtəm demə demə

Dözmədin başımın ağrısı yadımdadır

Yarımın canımın qayğısı yadımdadır

Onda gördüm səni necə narahat idin

Gizlicə ağladın hamısı yadımdadır

Çox təəssüf eləyirəm bəs niyə belə oldu

Gözümün nurunu yadlar əlimdən aldı

Sən ayrı mən ayrı yolumuzu ayrı saldı

Çox təəssüf eləyirəm bəs niyə belə oldu

Gül balam ağlama hər bir şey yaxşı olar

Bir gündə qəm gedər xoşbəxtlik sənə qalar

Ömrümü də verər eybi yox məndən alar

Gül balam ağlama hər bir şey yaxşı olar

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by