Yar demişəm sənə mən yar demişəm
Içində gecəni gizlədən bir adam var demişəm
Sən gedənnən bəri tullamışam şeirlərimi
Bəxtiyar demişəm Şəhriyar demişəm
Nə günah eylədim ki Tanrı cəza verdi mənə?
Sənə ahuzar içində bir ahuzar demişəm
Qəlbimdə saray qurmusan daşları atəşdən
Mən əzəldən bilirəm sənsən o memar demişəm
Gözümnən axan yaşın ölçüsü az dərdi böyük
O boyda günəşi dondurur bir ovuc qar demişəm
Yar çəkən dağlara sinəm o qədər öyrəşib ki
Mən susub qalsam həmin dağlar ağlayar demişəm
Kəsilir son nəfəsim gözlərim imdad bağırır
Mən ki cəllada baxıb gəl məni qurtar demişəm
Çəkdiyim həsrət əgər səmalarda bulud olsa
Bu dünya uzun illər günəşi axtarar demişəm
Mənə üç dəqiqə bəsdir bu dünyanı ifşa edim
Bu dünya fani,biz də faniyik oxşar demişəm
Əgər ki dünya çox gözəldi desəm nə vaxtsa bil
Ki gözüm kordu,dilim laldı,qulaq kar demişəm
Cəhənnəm atəşi ən qaynar əzabdır dedilər
Yarımın həsrəti onsuz da yandırar demişəm
Onlar sevgi yalandır deyəndə susdurdum
Bizlərə eşqi satanlardı saxtakar demişəm
Nə qədər tüstü dolar ciyərlərimə bilmirəm ki
Nə zaman öldürəcək məni bu zəhrimar demişəm
Gecələr səmaya üz tutub bağırdım ismini
Bəlkə ulduzlar alıb yarə çatdırar demişəm
Yanında yarın varsa dünya dönüb cənnət olur
Yara həsrətsən əgər,dünya tarimar demişəm
Elə yazmış ki yazanlar ora dünya sığmaz
Bəxtiyar demişəm Şəhriyar demişəm