Başa düşdüm, sonu yoxdur tənhalığın.
Hər gün çoxalacaq.
Həmişə beləmiydi? bilmirəm..
Sanki toxunulmaz idi uşaq ikən ağlamaq
Öyrəşir hər insan öyrəşir zamanla
Qırılıb incinməyə.
Çünki olan şeydir yıxılıb, yıxılıb,
Yenidən ayağa qaxmaq.
Tənhalığım yollarıma pusu qurmuş, gözləməkdədir
Ağrılar gözlərini dikmiş üstümə növbəttə.
Gözləyirəm, gözləyirəm, gözləyirəm..
Gəlin üstümə, qorxmuram!
Buludlar yüklüdür.
Ha, yağdı ha yağacaq üstümüzə
Həsrət...
Yoxluğunla mən baş-başayıq.
Nəhayət....