Hərdən dostum tanışım
Məndən səni soranda
Gizləsəmdə göz yaşım
Həyəcan var adında
Nə deyim nə danışım
Biruzədi təlaşım
Həsrətinlə savaşım
Könlümün inadında
Necə qaldım yadında
İz qoydum həyatında
Ağlar xatirələrimiz
Bir birimizi ananda
İnan ən xoş anımda
Bir kədər var canımda
Cünki mənim ürəyim
Bir sənin yanında
Coxmu sevgini dandın
Keçənlərdən utandın
Hərarətimi andın
Dodağının dadında
Dərin düşüncələr var
Sinəmdə bir qəhər var
Dinlə gör nələr var
Qəlbimin fəryadında