Bilirəm ki, hələ də səni sevməməli olduğumu düşünürsən
Ya da bunu sənə deməməli olduğumu
Amma əgər deməsəm, yenə də bunu hiss edərdim
Məntiq bunun harasındadır?
And içirəm ki, həyatını çətinləşdirməyə çalışmıram
Ya da olduğumuz yerə qayıtmağa (çalışmıram)
Bu gəmi ilə batacağam
Və əlimi göyə qaldırıb təslim olmayacağam
Qapımın yuxarısında ağ bayraq olmayacaq
Aşiqəm və həmişə də olacağam
Bilirəm, arxamda geriyə dönməyəcək qədər
Çox qarışıqlıq və problem buraxdım
Və bəladan başqa bir şeyə səbəb olmadım
Əgər yenidən mənimlə danışa bilmirsənsə, başa düşürəm
Və əgər "bitdi"lərin qaydası ilə yaşayırsansa
Onda əminəm ki, bunun mənası var
Bu gəmi ilə batacağam
Və əlimi göyə qaldırıb təslim olmayacağam
Qapımın yuxarısında ağ bayraq olmayacaq
Aşiqəm və həmişə də olacağam
Və biz qarşılaşanda
Ki, bilirəm ki, qarşılaşacağıq
Orada olan tək şey
Hələ də orada olacaq
Getməsinə icazə verəcəyəm
Və dilimi bir yerdə saxlayacağam
Və düşünəcəksən ki,
Mən unutmuşam...
Bu gəmi ilə batacağam
Və əlimi göyə qaldırıb təslim olmayacağam
Qapımın yuxarısında ağ bayraq olmayacaq
Aşiqəm və həmişə də olacağam
Bu gəmi ilə batacağam
Və əlimi göyə qaldırıb təslim olmayacağam
Qapımın yuxarısında ağ bayraq olmayacaq
Aşiqəm və həmişə də olacağam
Bu gəmi ilə batacağam
Və əlimi göyə qaldırıb təslim olmayacağam
Qapımın yuxarısında ağ bayraq olmayacaq
Aşiqəm və həmişə də olacağam