Ovucundakı bitməyən möcüzələr
Səs olmadan həqiqəti deyən xətlər
Gözlərində gözləyən bitməyən aclıq
Ovlamaq üçün çoxdan axtarışdadır
Onda niyə bu səssiz sinemanı davam etdiriril?
Niyə getmə vaxtını qalma vaxtı ilə ayırırıq?
Sabah məndən nə istəyir?
Gördüklərimin nə mənası var,
Əgər öz xəttimi çəkə bilmitəmsə?
De mənə, xətti hara çəkirik?
Küçədəki alovların və kölgələrin rəqsi
Heç kəsin eşitmədiyi şeirləri yazır
Tənhalığım yükü ayaqlarında qalır
Qəfəs artıq quşun ətrafında qurulub
Niyə maskalı baloya qoşulmuruq?
Hər şey bitməmişdən, sevgimiz doyumsuz olmamışdan əvvəl
Sabah məndən nə istəyir?
Gördüklərimin nə mənası var,
Əgər özüm öz cizgimi seçə bilmirəmsə?
De mənə, xətti hara çəkirik?
Sabah məndən nə istəyir?
Gördüklərimin nə mənası var,
Əgər özüm öz cizgimi seçə bilmirəmsə?
De mənə, xətti hara çəkirik?
Dondurucu külək hardadı?
Həmişə yaşıl yerlər hardadı?
Anamın açıq qucaqları hardadı? Atamın şir ürəyi hardadı?
Günəş batmış
İndi ölü torpaq üzərində yatırmış kimidir
Heç vaxt dərd görməyən biriylə
Payızın qəhvə rəngi ilə gedir
Niyə bu səssiz sinemanı davam etdiririk?
Niyə getmə vaxtı ilə qalma vaxtını ayırırıq?
Sabah məndən nə istəyir?
Gördüklərimin nə mənası var,
Əgər özüm öz cizgimi seçə bilmirəmsə?
De mənə, xətti hara çəkirik?
Sabah məndən istədiyi hər nəysə
Ən azından mən burdayam, ən azından mən azadam
Xətti görəcək, seçəcək qədər azadam
Bu mənim xəttimdir