1-ci bənd:
Həyatımın mərkəzində, tən ortasında
Sürdüyüm bu ömrün hər dəqiqəsində
Nəğmə oxuyan küləyin həzin səsində
Sən varsan, gülən gözlərin var
Ayrılıq dolu filmin hər səhnəsində
Parçalanmış gəminin göyərtəsində
Sonsuz sevən insanın düşüncəsində
Mən varam, ümidlərim var
Nəqarət:
Mən qalmışam çarəsiz, viranə
Mən olmuşam sevgisiz divanə
Qışa döndü yazım, baharım mənim
Dəyişə bilmirəm fəslimi, neyləyim?
2-ci bənd:
Sən yanan şam, pərvanə tək məftunam sənə
Qısa olan bu ömrümdə məcburam sənə
Günahım sevməksə əgər, həmdəmim ol
Hər cəzaya mən razıyam, məhkumam sənə