Öləndə olacacağam əsən külək
Və yaşayacağam sənin çardağında
Sən öləndə olacaqsan günəş
Və onsuzda olacaqsan məndən yuxarıda
Payız küləyi ilə mən oralarda
Səninlə uçacağıq aydınlığa
Sən anlamayacaqsan,və gizlicə mən
"Haradasan Günəş" deyə pıçıldaram ürəkdən
Ancaq sən hələ Günəş olmadan
Eşidəcəksən,sənə nəğmələr söyləyəcəyəm çardaqdan
Yenə aldığın nəfəs olacağam
Bunun üçün sadəcə külək olmalıyam
Sadəcə sənin gülümsəməni gözləyəcəyəm
Sadəcə sənin vallarına qulaq asacağam
Sənin kipriklərindən qar dənələrini toplamaq üçün gərək
Ancaq olmalıyam əsən külək
Öləndə olacağam əsən külək
Yerə ilk qarla enərək
Aydınlığa uçmaq səninlə gülüşərək
Bundan böyük xoşbəxtlik olmasa gərək
Sən öləndə Günəş olacaqsan
Və mənim şaxtamı oğurlayacaqsan
Və Açacaq bağçalarda mimozalar
Və əriyəcək qəlbdəki buzlar