Utan, sənə verdiyim dəyərlərdən utan
Sevgi deyil, yalandır bu
Mənə yalanları hədiyyə etdin
Demə ayrıldıq doğrudu
Məni yalnız qoydun getdin
Duyğuların oğrudu
Hislərimi aldı, itdi
Sınaq deyil bu sorğudu
Sən uduzdun sonda bitdi
Utan, utan əməlindən utan
Tək sən oldun keçmişi unudan
O əllərin boş qalan zaman
Tək mən idim əlini tutan
Utan, əgər varsa səndə bir qram vicdan
Yanında məni əvəz edən birinin olduğu an
Düşünməzdim olum mən unudulan
Qəlbimdə illərdi yaşayan sevgimizdən utan
Mən idim o axmaq sənə sadiq olan
Dolan gözlərimin yaşlarından səni tanıyan
Yaxınlarımdan utan, sənə dost oldu şeytan
Bizi bizdən çox sevən yaradannan utan
Sənə yazılan mahnılardan, sənlə bağlı arzulardan
Mənsizlikdir, günəş deyil dodağını qurudan
Gəzdiyimiz küçələrdən yollardan
Ötən günlərdən sevinc dolu illərdən utan
Utan, utan əməlindən utan
Tək sən oldun keçmişi unudan
O əllərin boş qalan zaman
Tək mən idim əlini tutan