current location : Lyricf.com
/
Songs
/
Unutmaq Lazım lyrics
Unutmaq Lazım lyrics
turnover time:2024-11-30 02:36:31
Unutmaq Lazım lyrics

Zülmət dolu həyatına çıraq oldum sevgilim.

Mən sənin hər bir işində dayaq oldum sevgilim.

Sənə inandığım günə daş düşəydi sevgilim.

Çaşdım sevgilim dedim sənə dilim olsun dilim-dilim.

Unudanları unutmaq lazım.

Gedənə əlvida denən uzaqdan.

Keçmişi silib atmaq vaxtıdır.

Yeni həyata başla sabahdan.

Duyğularımın sevgi evinə qonaq etdim mən səni.

Qonaq etdim dostumun evinə nahaq etdim mən səni.

Eşqlə dolu misralarıma varaq etdim mən səni.

Varaq etdim eşq misralarıma nahaq etdim mən səni.

Unudanları unutmaq lazım.

Gedənə əlvida denən uzaqdan.

Keçmişi silib atmaq vaxtıdır.

Yeni həyata başla sabahdan.

Sənə bel bağladığım gün səhv etdiyimi mən indi anladım.

Sənə açdığım bu qəlbimin qapılarını üzünə bağladım.

Unudanları unutmaq lazım.

Gedənə əlvida denən uzaqdan.

Keçmişi silib atmaq vaxtıdır.

Yeni həyata başla sabahdan.

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Roya
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish
  • Genre:Pop
  • Official site:https://www.facebook.com/RoyaOfficial/
  • Wiki:https://en.wikipedia.org/wiki/Roya_%28singer%29
Roya
Roya Also Performed Pyrics
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved