current location : Lyricf.com
/
Songs
/
Tonus lyrics
Tonus lyrics
turnover time:2025-04-16 06:09:19
Tonus lyrics

PRoMete:

Yaxşı bit həmişə məcbur edir qələmi yazmağa bir hit.

Başa da düşə də bilmirsən ki, bu necə baş verir.

Yaş gedir, gün ağla. Yaşla bir artır, elə bil, günahlar, savablar.

Sualları cavabla. Bu, bir oyun, vəziyyətlər – “IQ” testi.

Həyat mebel deyil, biz içində qab-qacaq dəsti.

Bəsdir bağlandın otağına, çıx bayıra, bax nə baş verir.

Bundan dəhşətli heç nə yoxdur, “brat”, yaş gedir.

“Kaş” deyib, geriyə baxmamaq üçün vaxtla oynama,

Vaxt çox amansızdır, həmişə qurunun oduna yaş gedir.

Nə qədər, gücümü yığaraq, irəli getmək istəsəm də, alınmır.

Deyəsən, çatmışam və bundan o yana olmur, dayandım.

Daddy:

Həyatda hər bir səhv bir səhifədir.

Nədir dadı yaşamağın, bəlkə geyimdədir.

Ya da küçədədir, dörd çarx üstündədir.

Şəhər böyük tüstüdədir.

Keçmişdədir qəfəsdə xəstə nəfəslər.

Dərslər bitib, ölüb dərs verən kəslər.

“Daddy” bu trekdə PRoMete ilə birlikdədir.

Fərq etmir, bu mahnı küçədədir, ya evdədir.

Efirdədir bizim səsimiz, bu gün hər yerdədir.

Kimi kölgədədir, kimi bölmədədir,

Kimlər qürbətdədir,

Kimlər hörmətdədir,

Kimlər kimə görə kimləri incidir, kim bilir?

PRoMete:

Həyatda hər bir səhv bir səhifədir.

Nədir dadı yaşamağın, bəlkə geyimdədir

“Daddy” bu trekdə PRoMete ilə birlikdədir.

Bizim səsimiz bu gün hər yerdədir. (x2)

PRoMete:

Bir gün gözünü açıb özünü görəndə göydələndə,

Sevinmə, hətta əgər Dubaydasan, ya “USA”-də

Bil ki, səndən öncə də olub oranı fəth edən.

Sayma özünü bərk gedən, sən bir ruhsan, bir bədən.

Bil, bu pul deyil böyük zibil və bil ki, əsl xəzinə deyil elə də dərində.

Nəbzi tut və yerində hiss et ki,

Nədir “əla”, nədir “pis getmir”.

Risk et, “bro”. Risk etmir hər yoldan keçən insan, yox!

Zamanı geriyə çevirə bilən yoxdur insanlardan,

Ona görə, sən istifadə eləməlisən lazımlı anlardan.

Heç kimi qaytarma kandardan.

Bil, həyat hədiyyədir.

Hədiyyəni al, qədrini bil.

Geriyə zay edib qaytarma.

Daddy:

Həyatda hər bir səhv bir səhifədir.

Nədir dadı yaşamağın, bəlkə geyimdədir.

“Daddy” bu trekdə PRoMete ilə birlikdədir.

Bizim səsimiz bu gün hər yerdədir.

Now this one is combination between Daddy and ProMete,

Greetings from sunshine Baku city you know I am saying

Keep it positive.

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
PRoMete
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian
  • Genre:Hip-Hop/Rap
  • Wiki:https://az.wikipedia.org/wiki/ProMete
PRoMete
Latest update
Copyright 2023-2025 - www.lyricf.com All Rights Reserved