Oxuma bülbül oxuma
Şən deyil bağım
Dost sənin dərdindən
Mən yana-yana
Tükəndi fitilim
Əridi yağım
Dost sənin dərdindən
Mən yana-yana
Dəryaya bölünmüş
Sellərə döndüm
Vaxtsız açılan
Güllərə döndüm
Odu sönmüş
Küllərə döndüm
Dost sənin dərdindən
Mən yana-yana
Pir Sultan Abdalım
Doldum azaldım
Yemədən içmədən
Sudan kəsildim
Həqq'imi sevdiyim
Üçün asıldım
Dost sənin dərdindən
Mən yana-yana