current location : Lyricf.com
/
Songs
/
Tanqo lyrics
Tanqo lyrics
turnover time:2025-04-16 06:09:19
Tanqo lyrics

(verse 1: PRoMete)

1, 2, 3... 1, 2, 3... Mənə ver güc!

Sən ülgücdən də iti həqiqəti doğram-doğram edən baxışların,

Pərdələr açılır, bu buludlardır pərdələr.

Dərbədər bu dünya, mənə nə qədər yaşadıb ayrılığını?!

İndi sənli günləri mənə ərmağan edib sanki tanrı.

Boş yatağımın içində, amma nə qədər sola və nə qədər sağa

Dönəcəyimi bilmirəm ki.

Sənli günlərimdə sənsiz saatlarla,

"Tanqo"dur bu mahnının adı.

(verse 2: PRoMete)

Hər səhər oyanan kimi düşündüyüm tək kəssən,

Üzümə təbəssüm qonaq gəlir, gizlədirəm hər kəsdən.

Mən qəsdən hərdən səni qorxuduram yazılarımla,

Bəlkə də, buna görə biraz gözlədəcəylər qapılarında cənnətin məni,

Cənnətim mənim sənli anlarımdı,

Kim? De! Kim məni olduğum kimi anlar indi?!

Pansufi eşq dəlisi olaraq qələmə verin məni!

Amma dəyişə bilməyəcəm heçnəyə onun ətrini.

(verse 3: PRoMete)

Qızardı Günəş hirsindən, dan ve qürub, adının sənə

Qoyulduğunu görüb, durub, damın üstündən baxıb, gülüb,

Zövq alıram gedişatından həyatın,

Həyatın bir anını belə buraxmadan tut əlimi bərk-bərk sən,

Qonaq gedək uzaqlara, uzaqlara, uzaqlara...

Həyatın bir anını belə buraxmadan, tut əlimi bərk-bərk sən,

Qonaq gedək uzaqlara, uzaqlara...

Qələm aciz, əlim hakim, yazır-tökür sətirləri,

Beyin aciz, uca varlıq verir-verir fikirləri.

Gücüm aciz, sözüm sənin, yazdıqca hey yazır əlim,

Bu nə işdir, zərif iylim?! Cazibən hey çəkir məni.

Çəkil bulud, çəkil mənim gözümə düşən o Günəşi görüm,

Yoxsa, gəzilmir, bu şəhərin hər bacası, küçəsi zülm.

İsti avqust yenə gəlsin, verim ona zambaq gülün,

Son dəfə də bu notları eşidib, razıyam, sonra ölüm...

(skit: Uğur İbrahimli)

Biz nağıllarla böyümüşük.

Həyatımızda hər şeyi nağıl kimi etməyə çalışmışıq.

Hər addımımızda Cənnət, hər qorxumuzda

Cəhənnəm görəcəyimizdən əmin olmuşuq.

Və sevgi...

Sevgi həyatımızdan ayrılmaz bir hiss olub.

Biz ona inanmışıq.

Onun bütün suallarımıza cavab olacağı ümidi ilə yaşamışıq.

İnanaraq yaşamışıq.

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
PRoMete
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian
  • Genre:Hip-Hop/Rap
  • Wiki:https://az.wikipedia.org/wiki/ProMete
PRoMete
Latest update
Copyright 2023-2025 - www.lyricf.com All Rights Reserved