Anar Nağılbaz:
Kim olursan ol, varındır bir yol,
Bu dünya tamaşa, oynayırsan rol.
Gün qutardı, atıb cildini sən olursan
Öz qavradığın varlığına cəm olursan.
Ya öz rolunu yoluna uyğun tuş edirsən,
Ya da xəyallarında məstləşib dəm olursan. (x2)
Anar Nağılbaz:
Çox bərk getmə, barı, bax aşağı, yuxarı,
Belə bu dünya malı elə dünyada qalır.
Kimlərsə qohumlarına yığdıqları cah-cəlalı
Gah yel dağıdır, gah da sel aparır.
Həyatındır varın, həm vaxtın azalır,
Tox arzuların, tez verər barı,
Yaşa necə istəyirsən, yaşa yenə azad ol,
Bir-iki sönmüş işığı yandır ki, qəlbində şad ol.
Mehriban hissini itirib pessimist olma,
Öz varlığına qəsd edib ekstremist olma.
Kimsə, nəsə düz deyil, gücün yoxdur, durma!
Cilovla səbrini, yan keç, boşuna vurma.
Anar Nağılbaz:
Kim olursan ol, varındır bir yol,
Bu dünya tamaşa, oynayırsan rol.
Gün qutardı, atıb cildini sən olursan
Öz qavradığın varlığına cəm olursan.
Ya öz rolunu yoluna uyğun tuş edirsən,
Ya da xəyallarında məstləşib dəm olursan. (x2)
PRoMete:
Çox yavaş da getmə dostum, sürətini düzgün tut,
Bu həyat bildiyindən də pozğun.
Ya uğuru unut, ya da qucağına uzan,
Ya sürət qazan, ya da ol iynə ilə gor qazan.
Heç nə asan deyil, heç nə asan,
Amma qaçma sən, yoxdur kəsən, asan.
Sən nə Qəddafi, nə də Səddamsan,
Elə yaşa, deməsinlər əzazil ya qəddarsan.
Bil, unudulur cəlladlar, geriyə qalır çox az adlar,
Xatırlanarlar adi insanlar,
Hansılar ki, düşünməyib dövlətlər var,
Bil, qarşıda ölmək var.
Yaşa yarat!
Sən gedəcəksən, işlər qalacaqlar.
Anar Nağılbaz:
Kim olursan ol, varındır bir yol,
Bu dünya tamaşa, oynayırsan rol.
Gün qutardı, atıb cildini sən olursan
Öz qavradığın varlığına cəm olursan.
Ya öz rolunu yoluna uyğun tuş edirsən,
Ya da xəyallarında məstləşib dəm olursan.
Anar Nağılbaz:
De, görək, hər bir işi ata-atdır, kimdir bu adam?
Bəs hara getdisə bata-batdır, kimdir bu adam?
Bütün günü yatdı itdi-batdı, kimdir bu adam?
Yaxud bütün arzularına çatdı, kimdir bu adam?
Biri də var ki, işi, peşəsi elə şikayətdir,
Vallah, adam da var şor-qoğal ona kifayətdir,
Eləsi də var, atdığı hər bir addım cinayətdir.
Danışdırırsan, deyir, ətdir-mətdir, nə söhbətdir.
PRoMete:
Eləsi də var, dindirirsən, sənlə kəlmə kəsmir,
Uzun-uzun danışırsan, bir demir də "bəsdir",
Qabağında min oyundan çıxırsan ki, səninlə danışsın,
Sonda kimsə deyir ki, dildən, qulaqdan şikəstdir.
Həyat əbəs o kəsə ki, fikri lal, qəlbi kor,
Bizə nə var, ver bir kağız, qələm, çörək və şor.
Bizim işimiz söz, bizim işimiz fikir çıxartmaq,
Odur ki, yemək tapmasaq da, olmuruq dilxor,