PRoMete:
Bir bax gör nə qədər söz var
İçimdə hələ sənə çatdıra bilmirəm
İş tap get işlə ay qardaş
Mən daha bu yükü tək qaldıra bilmirəm
Deyirsən gəzməyi sevirəm,
Kim deyir gəzmə gəz hər gün işdən sonra nə qədər istəsən,
Deyirlər bu nə geyimdir xətrivə dəymirəm
Get işlə qazan al geyin nələr istəsən
Sailor:
Boooooş ver həyatı çox qısadır ciddiyə almaqçün
Hər tərəfdə işarələr doludur daha yaxşı yaşamaqçün
Sailor:
Bu gün təzə işə düzəlmişəm
Adı daha şən yaşamaqdır
İşim asandır maaşım çox
Vəzifəm baş qaşımaqdır (x2)
PRoMete:
Gəz sağa sola əylən yaş ötür
Gecələri kafe bar gündüzləri boş otur
Utanıram kimsə mənə deyəndə ki qardaşın
Yetənə yetir yetmiyənə bir daş atır
Nöş axı bu yaşda edirsən dəcəllik
Ayıl özünə gəl qardaş eləmə sən əfəllik
Yoxsa keçər illər geri dönüb baxanda
Görəcəksən bu həyatı yaşamadın əməlli
Sailor:
Boooooş ver həyatı çox qısadır ciddiyə almaqçün
Hər tərəfdə işarələr doludur daha yaxşı yaşamaqçün
Sailor:
Bu gün təzə işə düzəlmişəm
Adı daha şən yaşamaqdır
İşim asandır maaşım çox
Vəzifəm baş qaşımaqdır (x6)