Lap istəsən buralardan gedərəm
Təki sən xoşbəxt olasan yarım
Ürəyin nə istsə edərəm
Təki sən xoşbəxt olasan yarım
Mənə ayrıl deyirsən, ayrılıram
Qoy sən deyən olsun
İstəmirdin bizi istəməyənlər sevinib əl çalsın
Yaşa həyatını istədiyin kimi
Dərd, qəm mənə qalsın
Bir can nədir ki, sənin üçün ölərəm,
Təki sən xoşbəxt olasan yarım
Lap istəsən buralardan gedərəm
Təki sən xoşbəxt olasan yarım
Ürəyin nə istsə edərəm
Təki sən xoşbəxt olasan yarım
Mənimlə üz-üzə gəlsən dayanıb qanını qaraltmaram
Səni mən görəndə verərəm salam
Heç zaman unutmaram
Mən yaşadım acı günlərimi
Sənə mən yaşatmaram...
Dost deyir dərdimi sənlə bölərəm
Təki sən xoşbəxt olasan yarım
Lap istəsən buralardan gedərəm
Təki sən xoşbəxt olasan yarım
Ürəyin nə istsə edərəm
Təki sən xoşbəxt olasan yarım
Soruşsalar da niyə ayrıldız,
Demə səndədir günah
Mənim adımı ver denən mən nə edim
O sevəndədir günah.
Desələr bilə-bilə niyə sevdin bəs
De k,i məndədir günah
İnanmasalar çağırsan gələrəm
Təki sən xoşbəxt olasan yarım
Lap istəsən buralardan gedərəm
Təki sən xoşbəxt olasan yarım
Ürəyin nə istsə edərəm
Təki sən xoşbəxt olasan yarım
Unutmaq istəyirəm, unutmaram
Ürəyim ssni deyəsən
Ürəyim bacarmasa da istəyirəm
Üzümü görməyəsən
Yaxşısı gedim gərək buralardan
Yerini bilməyəsən
Yenə dönməmək üçün söz verərəm
Təki sən xoşbəxt olasan yarım.
Lap istəsən buralardan gedərəm
Təki sən xoşbəxt olasan yarım
Ürəyin nə istsə edərəm
Təki sən xoşbəxt olasan yarım