current location : Lyricf.com
/
/
별이 뜬다 [Stars Appear…] [byeol-i tteunda] [Azerbaijani translation]
별이 뜬다 [Stars Appear…] [byeol-i tteunda] [Azerbaijani translation]
turnover time:2024-10-06 01:54:03
별이 뜬다 [Stars Appear…] [byeol-i tteunda] [Azerbaijani translation]

Bu əsla unuda bilməyəcəyim bir andır

Bu sənin əsla unuda bilməyəcəyin bir gün olacaq

Səninləyəm, ilk tanış olduğumuz gündəki kimi

İndi birlikdə gedək, mən sənə doğru gedirəm və ulduzlar görünür

Səninlə və unudulmaz bir melodiya ilə

İndi sən mənim göz qamaşdıran melodiyamsan

İndi inanılmaz anlar yaradacağam

Səninləyəm, birlikdə gəzirik

Xatırla, əvvəllər edə bilmədiyimiz bütün anları əldə edəcəyik

Gözlərində ulduzlar görünür

Birdən bunların hamısı bir xəyal kimi məhv olsa?

Birdən bu parlaq səsi eşidə bilməsən?

Sən mənim işığımsan, həmişə olduğu kimi

İndi bunu yenə edək, eyni yerdəyik və ulduzlar görünür

Səninlə və unudulmaz bir melodiya ilə

İndi sən mənim göz qamaşdıran melodiyamsan

İndi inanılmaz anlar yaradacağam

Səninləyəm, birlikdə gəzirik

Xatırla, əvvəllər edə bilmədiyimiz bütün anları əldə edəcəyik

Gözəl olan sənə

Səninlə və unudulmaz bir melodiya ilə

İndi sən mənim göz qamaşdıran melodiyamsan

İndi sən və mən bütün anlarımızı yaradacağıq

Sənə inanıram, birlikdə olduğumuza

Xatırla, bütün tamamlanmamış xəyallarımızı gerçəkləşdirəcəyik

Gözlərimdə ulduzlar görünür

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by