Küləyin dalğaları
Saçlarımda tərpənir
Göz yaşların həsrəti
Kirpiklərdə gizlənir
Dənizin dalğaları
Yuyur bütün izləri
Sənli xatirələrim
Yadddaşımda gizlənir
Yox olum gedim ən dərinə
Yoluxum yenə hislərinə
Toxunum yenə nəfəsinə
Başqa birini istəmirəm
Leysan, yağış ol yağ kədər
Saysam, dərdlərim dağ qədər
Bax mənə, bax mənə
Heçnə sağaltmır vaxt qədər
Leysan, yağış ol kədər
Saysam dərdlərim dağ qədər
Şübhələr hisləri ləkələr
Bəlkə mən, bəlkə də "bəlkələr"
Yox olum gedim ən dərinə
Yoluxum yenə hislərinə
Toxunum yenə nəfəsinə
Başqa birini istəmirəm