current location : Lyricf.com
/
Songs
/
Sonbahar lyrics
Sonbahar lyrics
turnover time:2025-04-16 06:11:01
Sonbahar lyrics

Nəqərat (PRoMete):

Yağırsa qar narın,

Əsirsə külək, hələ bu

Demək deyil ki, baharım

Yaşayır sonunu. (x2)

Bənd 1 (PRoMete):

Bakı, 2011, noyabr.

Bu qış hər ilkindən daha tez qar yağır.

Pəncərələrdən kim baxırsa,

Üzündən gülüş axır.

“Biz hələ deyilik qışa hazır”

Deyən yaşlılar da bu qarda qəribə bir ümid tapır.

Mənim ilhamım isə yaşayır hələ bahar.

Qış döysə də qapı,

Əsl vaxtıdır yatmağın yataqda qucaqlayıb kitabı.

Mənim mürgülü Bakım,

Necə fərqlidir sənin hər bir sabahın.

Bir səhər qar dolu hər tərəf,

Bir səhər isə Gün səmada,

Mən piyada bu küçələrini çox gəzdim,

Hər küçədə var izim (var izim).

Nəqərat (PRoMete):

Yağırsa qar narın,

Əsirsə külək, hələ bu

Demək deyil ki, baharım

Yaşayır sonunu. (x2)

Bənd 2 (L-Mir):

Bəlkə də Bakıda qış soyuq keçir hər il,

Amma nəfəsdən gələn buxar buna deyil dəlil.

Əgər həll edirsə çox şeyi uzun qollar,

Şəhərə qar yağmasa da olar.

İçimdəki hava stereotiplərdən kənar.

Sinoptiklər bu dəfə də deyəsən yanıldı.

Məndə hələ də düzgün getməyən nələrsə var.

Səndə bəs ürəkdən sevmək neçə dəfədən alındı?

Gözləmə otağı, taksi, gözəllik salonu,

Bu soyuqda tək qalanda yada sal onu,

Üzündə təbəssüm, fikrin adsız barmaqdadır,

Səhvin onun kimi birisini axtarmaqdadır.

Deyirlər, bir dəfə səhv edən, ikincidə yanılmaz.

Həyatsa hər şeyin əksini göstərən yaramaz.

Bəlkə də Bakıda qış soyuq keçir hər il,

Ancaq diqqətdən kənar qalır ən vacib amil.

Nəqərat (PRoMete):

Yağırsa qar narın,

Əsirsə külək, hələ bu

Demək deyil ki, baharım

Yaşayır sonunu. (x2)

Bənd 3 (PRoMete və L-Mir ):

Əhvalın sürüşkən olanda hardan

Biləsən nə gözləyəsən bu havadan?

Sənə isti görünə bilər qar da

Evdəki soyuqluq götürülsə aradan.

Səbəbi özün tap ki, günəş çıxsın,

İsidən kəlmələr dilinə yatsın.

Hər şey yaxşıdır, artıq hirslənmirəm.

Sən yat, mən hələ ki istəmirəm.

Nəqərat (PRoMete):

Yağırsa qar narın,

Əsirsə külək, hələ bu

Demək deyil ki, baharım

Yaşayır sonunu. (x2)

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
PRoMete
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian
  • Genre:Hip-Hop/Rap
  • Wiki:https://az.wikipedia.org/wiki/ProMete
PRoMete
Latest update
Copyright 2023-2025 - www.lyricf.com All Rights Reserved