Sevgiyə qayıt
Hissləri boğub susma
Bir bulud kimi
Qan ilə dolub susma
Yanımda olmaq istədiyini söylə
Sevgi otağının işığı söndü sənsiz
Bil ki, dünya mənim olsa da, gülə bilmərəm
Bil ki, geri gec çağırsan mən dönə bilmərəm
(Nəqərat:)
Bu ayrılıqla, sən dikən salma qəlbimə
Ürəyin buzu əriyib səni qaytarsın mənə
Söylə ki, bilim, mənəmmi dərdin
Susma
Son nəfəsim ol, ol, ol
Son nəfəsim ol
Sevgiyə qayıt
Hissləri boğub susma
Yenə buludtək
Qəm ilə dolub susma
Yağ üzərimə kədəri apar getsin
Arzularımız yarıda qaldı sənsiz
Bütün aləm mənim olsa da, gülə bilmərəm
Bil ki, geri gec çağırsan mən dönə bilmərəm
(Nəqərat:)
Bu ayrılıqla, sən dikən salma qəlbimə
Ürəyin buzu əriyib səni qaytarsın mənə
Söylə ki, bilim, mənəmmi dərdin
Susma
Son nəfəsim ol, ol, ol
Son nəfəsim ol
(ah-ah-ah) oh
(ah-ah-ah) oh
(ah-ah-ah) oh
(ah-ah-ah) oh
Oh, oh, oh
(Nəqərat:)
Bu ayrılıqla, sən dikən salma qəlbimə
Ürəyin buzu əriyib səni qaytarsın mənə
Söylə ki, bilim, mənəmmi dərdin
Susma
Son nəfəsim ol, ol, ol
Son nəfəsim ol