Yeriyirəm küçələrdə
Kimi gəlir, kimi gedir
Görürəm insanları
Kimi ağlayır, kimi gülür
Çarəsiz insanlar, ümidsiz insanlar
Mənim mahnımdan ancaq
Sevənlər anlar, çəkənlər anlar
Yaşarkən hər gün ölənlər anlar
Yox oldular bütün dostlarım
Tək tənha qaldım könül
İnandığım dostlarımdan
Nə yaralar aldım könül
Mənim mahnımdan ancaq
Sevənlər anlar, çəkənlər anlar
Yaşarkən hər gün ölənlər anlar