Gözlərimə qısqanıram mən səni
Eşq dolu bir dünya yaşatdın mənə
Ömrümə gün doğdu günəş parladı
Bu ürək biganə olarmı sənə
Əl açıb Allahdan istədim səni
Qəmli günlərimizi silib bitirdin
Sən mənə ən böyük hediyə oldun
Buz olmuş ürəyimə yazı gətirdin
O ürəyimə hakim olan
Məni məndən qoparan
Mənə sevməy öyrədən adamdır
Gecələrimin sahibidir
O sevdiyim biridir
Ömrümə dərman olan adamdır
O ürəyimə hakim olan
Məni məndən qoparan
Mənə sevməy öyrədən adamdır
Gecələrimin sahibidir
O sevdiyim biridir
Ömrümə dərman olan adamdır
Sən ürəyimdəsən hər dəqqə hər an
Nə gözəl bəxtimi yazmış yaradan
Mənə yaşamaq üçün həvəs gətirdin
Üzümü güldürən sevdiyim insan