Sənsiz keçən hər dəqiqəm hər bir saniyəm
Nə qədər ağır nə qədər yavaş
Sənlə ikən axıb gedərdi su kimi
Zamana gücüm çatmazdı nə idi bu təlaş
Dünyanı versən nəyə yarar sən yoxsansa
Yolları neyləyim səni gətirmirsə
Yanımda yatsan nəyə yarar sevmirsənsə
Gündüzü neyləyim günəşim səndə qalıbsa
Səni itirəndə gördüm
Bülbülü susduran yas gülümü də soldurdu
Səni itirəndə gördüm
Bu necə acıdı öldüm öldüm
Sənsiz olduğum hər bir yer hər bir küçə yaddı
Tənha sanki tərk edilmiş
Tək tənha qalanda anlayır insan
Dodaqlarda sözlər çıxmaz olub möhürlənmiş
Dünyanı versən nəyə yarar sən yoxsansa
Yolları neyləyim səni gətirmirsə
Yanımda yatsan nəyə yarar sevmirsənsə
Gündüzü neyləyim günəşim səndə qalıbsa
Səni itirəndə gördüm
Bülbülü susduran yas gülümü də soldurdu
Səni itirəndə gördüm
Bu necə acıdı öldüm öldüm
Səni itirəndə gördüm
Bülbülü susduran yas gülümü də soldurdu
Səni itirəndə gördüm
Məndə artıq axşam oldu günəşimi söndürdün
Səni itirəndə gördüm
Bülbülü susduran yas gülümü də soldurdu
Səni itirəndə gördüm
Bu necə acıdı öldüm öldüm