Gedir əllərin
Gedir səsin
Gedir nəfəsin, amma
Hamısından əvvəl
Sən gedirsən
Gedir sabahım
Gedir əvvəlim
Yaşamım, səbəbim gedir, amma
Hamısından əvvəl
Sən gedirsən
Qalır yastığıma sinmiş qoxun
Qalır sevişmələrimizin son şahidi
Sən gedirsən
Getmək bütün qalanları yanında aparmaq imiş
Mən bilmirəm, sən bilərsən əlbəttə
Sən gedirsən
Dayan, dayan getmə
Bir baxış borcun var mənə
Son gedişindən
Vur, qır, parçala
Sən qazan bu eşqi
Amma qoy mənim olsun
Xərclənəcək son mərmilər
Sən yaz, sən oyna
Qalan bütün pərdələri
Amma qoy mənim olsun
Bizə aid bütün alqışlar