current location : Lyricf.com
/
Songs
/
Satılmış Səhnələr lyrics
Satılmış Səhnələr lyrics
turnover time:2024-11-23 02:46:30
Satılmış Səhnələr lyrics

AiD - satilmis sehneler

1ci verse:

Satılmış səhnələrdə qeyrətdən oxumaq

kimidir,

Yalançı olmaq, atadan xəbərsiz doğulmaq

kimidir.

Nə qədər olar həssas damarlardan asılı

qalmaq?!

Nə qədər olar ümid vermək adıyla mahnı

yazmaq?!

Nə qədər olar həyatdan danışmaq sən

ölmüsənsə?!

Səhnənin sənə bəxşi – çürümüş irsə

dönmüsənsə

Səhər sevgidən yazıb, gecələr qəlb qırmaq

Nə qədər olar çiyinləri tapdalamaqla ayaqda

olmaq?!

Xalqın gözünə baxıb oxumaq, cibini düşünüb

yazmaq

İsti alqışlar içdə buz qəlbdən üşüyüb azmaq

Xəyanət yatağında doğulanda səmimi sevgi

mahnısı

Kimsə də xəyanətə dözməyib istəyir özünü

asmaq

Yalan dediklərivin qabağında bacarsan düz

dur

Həyat verir, alır, elədiklərin qayıdır bu düstur

Səhnələr satılıb artıq qələmə kağıza yox

ehtiyac

Artıq hisslər də mahnılardan çoxdan edib

merac

Nəqarət:

Dəyişdikcə illərlə, bütün sevgilər də, qalır

duyğularımız sözlərdə

Danışdıqca hisslərlə, susursa gözlər də, qalır

mahnılar ancaq dillərdə

2-ci verse:

Keçir zaman, ölür dəyər , tək ümid mahnılara

Bu düz ya səhv eləmir fərq dərmansa ağrılara

Zamanın nəbzi əlimdə, döyünür bərk

qələmimdə

Ölüb ya sağ, eləmir fərq, dayaqsa duyğulara

Mən niyə yaxşı olum, əgər indiki insanlar

Tapırsa ehtiras itəndə sevgi, yataqlarda?

Və bədənlər birləşdikcə unudursa hisslər

Niyə hisslərim saf olsun qələmlə qovuşduqca?

Tapırsa cənnəti mələklər varlı axmaqlarda

Niyə cəngavərlər axtarsın bəxti ağ paltarda?

Bir dost üçün göz yaşı tökmək saf vaxtlarda

Indi isə dost vitrində, satırıq antraktlarda.

Yadelli torpaqlarda, xoşbəxt sayılmaq orda

Nə vaxtsa amma göz yaşı ilə oxumaq himni

xorda.

Yaxşı olub, niyə pisı çevrilirik axırlarda?

Görəsən, peşamandırmı yaradan yuxarılarda?

Bunları dərk etdim illərlə mən də bezib

susdum

Kağızdakı bütün saf hissləri bir günə pozdum

Yaraşmır qələmə səmimiyyət insanda yoxsa

əgər,

Vicdanı söndürdüm, görüm ömrüm nə qədər

şəkər?!

Nəqarət:

Dəyişdikcə illərlə, bütün sevgilər də, qalır

duyğularımız sözlərdə

Danışdıqca hisslərlə, susursa gözlər də, qalır

mahnılar ancaq dillərdə

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Orxan Zeynallı (AiD)
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:http://www.orkhanzeynalli.com/
  • Wiki:http://en.wikipedia.org/wiki/H.O.S.T.
Orxan Zeynallı (AiD)
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved