Vətən bağı al-əlvandir,
Yox içində xarı bülbül,
Ömür sürməli dövrandir,
Səsin gəlsin sarı, bülbül.
Oxu, quşlar dilə gəlsin,
Xoş nəfəsin elə gəlsin,
Yarım gülə-gülə gəlsin,
Mən çalanda sazı, bülbül.
Bülbül, sənin işin qandı,
Aşiqlər oduna yandı,
Nədən hər yerin əlvandı,
Köksün altı sarı, bülbül…