Qaçdı gəlməz yuxularım
Susmur heç duyğularım
Başımı yastığa qoyduğumda
Başlayır ürəkdə sancım
Gəldi getməz qorxularım
Oğurladı dincliyi qayğılarım
Səsini hər eşitdiyimdə
Sönmür ürəkdə yanğın
Anla sonsuz sevgimi
Yalansız dolansız xəyalımı
Bağışla artıq əllərimə
O isti əllərini
Sözün var mənə sabahlar
Gözəl olsun gəlsin baharlar
Utansın bizi bilə bilə
Ayrı ayrı yazanlar