Giriş (Lalə Məmmədova):
Səs, uzaqdan gələn səs...
Qəmli bir nalə gələr, yetişər.
Bənd 1 (PRoMete):
Əgər bir gün itirsən gücünü,
Ya da heç nəyə qalmasa dözümün,
Düşünmə ki, hər şey itirilib,
Möhkəm-möhkəm sən yum gözünü.
Özünü ən sevilən adam hesab elə!
Bax gör, onda problemlər necə çözülür?!
Hər birimizin ipi tez-tez üzülür,
Gərək biz yaddan çıxarmayaq düzünü
Ki, bizim həyatımızda var birlər,
Hansı ki, heç vaxt itirilmirlər.
Bu qədər qarma-qarışıqlığın içində,
Onlar tərpədilməz və silinməzdirlər.
Əvəzedilməz şeylər hələ də var,
Bizi dayandırmağa çalışanlar,
Biz sevə-sevə edirik yola davam!
O var! Və bizi aparır qabağa!
Nəqərat (Lalə Məmmədova):
O, istəkdir, o, arzudur,
Həyat eşqi ilə, hər an doludur.
Min-min insan, nalə-üsyan,
De nəsən, anlamzsan?
O, istəkdir, o, arzudur,
Həyat eşqi ilə, hər an doludur.
Min-min insan, nalə-üsyan,
Anlamazsan bu dərdi, möhnəti,
Sənə heç yoxdur güman.
Bənd 2 (PRoMete):
Əsas – ürəyin səsini eşitməkdir.
Qalan hər şey zamanla düzəlir.
Vaxtında işlətdiyin xoş söz
Əvəz edəcək yardımçı yüz əli.
Əməyi itirmək – insan xisləti.
Pisi tez görmək – hər kəsin adəti.
İstək isə yox edə bilir pis hər şeyi.
Əslində hər şey çox sadədir.
Bax, nə edir, bax, sevgi nə edir,
Bax, indi kimsən, bax, əvvəl nə idin.
Hər saniyənin öz hökmü var, və
Bil, səni dəyişə bilən yalnız sevgidir.
Aç əlini iki yana, çək havanı sinənə,
Qaçırma bu anı, olmayacaq bir də.
Amma bil ki, onu görmək istəsən sən,
Rastına çıxacaq o hər yerdə.
Nəqərat (Lalə Məmmədova):
O, ümiddir, o, gümandır,
Onsuz olmaq nə yamandır!
Həyat heç vaxt olmur asan.
De, nəsən sən, anlamasan?
O, ümiddir, o, gümandır,
Onsuz olmaq nə yamandır!
Həyat heç vaxt olmur asan.
Anlamazsan bu dərdi, möhnəti,
Sənə heç yoxdur güman.