Açıldı yasəmən sənsiz,
Bəzəndi bağ-çəmən sənsiz.
Açan yarpaqlarım solsun,
Açılsam birdə mən sənsiz.
Gələr bülbül, fəqan eylər,
Qonar gül üstə, qan eylər.
Elə dərdin bəyan eylər,
Gülü görsə belə solğun,
Baharı görsə gülşənsiz.