İlk görüşdən aşiq oldum
Bilmədim amma necə vuruldum
Hər şey dəyişdi ömrümdə
Həyatımda işıq oldun
Gecə olsa Ayımsan sən
Gündüz olsa Günəşimsən
Mənim sevgi payımsan sən
Mənim özümsən
Bir sevda dolanır bu ara qəlbimdə
Mən onun yoluna düşmüşəm
Mən səni özümə yar deyə seçmişəm
Başıma gələn ən gözəl hadisə
Canım, canım mənim canım
Səninlə bir ömür varam
Mən naz edim sən çək canım
Mən sənə qurban olaram