Həyatin çox çətin anları var
Yolunun eniş yoxuşları var
Soyuğu boranları qarı var,
Hər qışın sonda bir baharı var
Sevgidir nurlu ümid yolumuz,
Tikanlı olsada sağ solumuz
Həyat oyunundaki rolumuz,
Qovuşan iki aşiq sonumuz
Bir azca səbr elə canım mənim,
Qarşıda sənlə gözəl günlərim
Arzularım çox inamım mənim,
Sənə bağlı bütün ümidlərim
Belədir qış dalınca yaz olar,
Pis günün ömrü dedilər az olar,
Durular sular bulanmaz olar,
Qara günlər ağ bəm-bəyaz olar
Bu həyat mənalıdır, deyil boş,
Mənzil xoş olar niyyətimiz xoş
Könlümüz olsa eşq ilə sərxoş,
Keçəcək birgə illərimiz xoş
Gün gələr bu dərdlər bitər gedər
Səbr ilə yarım mənim, səbr elə
Arzu diləyimiz olmaz hədər
Xoş günlər ömür qarşıda hələ
Üzülsə ümid ürək üzülər
Səbr elə canım mənim, səbr elə
Bəxtimiz tale üzümüzə gülər
Başlayar xoş həyat innən belə