(verse 1: PRoMete)
Günəş, parlaq səma, tozlu pəncərə.
Çərçivə arasından sızan şüa.
Qəribə ahəng, qəribə qamma,
Puç olmuş arzular.
Hər şey çox bəsit, mənasız dünya!
Fikirləşir ki, bəlkə, toz olum?!
Mən də sızan şüada rəqs edim.
Amma kölgə var və görünməmək qorxusu,
Ya da səs olum.
Qucaqlayım qulaqları və beyni.
Mən yazıram ki, sən eşidəndə yaşayım.
Mən bilirəm ki, sən eşitdin, mən yaşadım.
Hər sətirimdə çək nəfəs və gülümsə,
Qoy, gözlərində təbəssüm görünsün.
(nəqarət: PRoMete)
Qurtul bu cəmiyyət qəliblərindən,
Tələ sevgilər saxlayan
Paslı insan qəlblərindən! (x3)
(verse 2: AiD)
Əgər sən öz hökmünlə barışmağa yox desən,
Əgər sən içdə yatan arzularına qalx desən,
Əgər sən bezib bir gün bu yerləri tərk etsən,
Yenə də gülümsə, qəm itsin gözlərində.
Qoy, tükənsin! Xəyallarının hamısı bəsdir artıq, böyü bir az!
Həyatda uzaqlarda çox olmusan, amma həyat hələ dayaz.
Bahar, yoxsa yaz, fərqi yoxdur sənlə mən kimi.
Bu təbiətin bir qanunu, sevinclə qəm kimi.
Sol, gözlərində solan o hisslər kimi.
Qaç, sevgimizdən qaçan mələklər kimi.
Bax, bircə dəfə də həyata kor insan kimi.
Yol, uzanmışdı, amma biz tükənmədik ki!
Həyatım, sən ömrümdə yoxsan artıq!
Bilməsəydi, qərənfil qəmli sayılmazdı, insan ölməsəydi!
Döndü attığım hər addım.
Darıxardım, dönməsəydi.
Ölməsəydi susuz dərviş, bəlkə, ağac əkərdi səhrada?!
(nəqarət: PRoMete)
Qurtul bu cəmiyyət qəliblərindən,
Tələ sevgilər saxlayan
Paslı insan qəlblərindən! (x3)
(verse 3: PRoMete)
Mənə yaddır bu səma!
Sənə düşmən bu günəş!
Yenə qarlı bu dağlar!
Budaqlar yarpaqsız! (x2)