(verse:Qaraqan)
Kiçik daxmalarda həyatını bitirən insanlar
O dahilər doğulmamış basdırıldırar.
Zamanın ağırlığı çatladırdı dirəyləri.
Süpürüb tarixdən parçalanmış ürəyləri.(x2)
Binlar,arkalar,kvartallar,prospektlər
Şəhərin yaddaşında möhürlənmiş portretlər.
Dəyişir fəsillər ,təkrarlanan kvartretlər
Maketləşdirilmiş senarilər,parketlər bağırırdı,
Addımların altından.
Hansı mənzillərə aparır bizi bu addımlar
Eybəcər ördəylər durnalara çevrilərkən.
Həyatın qanunları yazılırdı güclülərnən.
(Nəqarət:Qaraqan)
Dur zaman yaddaşımda cavan qalım.
Yox küləy , gözyaşlarım küləydəndi
Gəl Allah hardasan mən tək qaldım
Hardasan Allah? Hardasan? Mən Tək qaldım.
Dur zaman yaddaşımda cavan qalım.
Yox küləy , ağlamıram küləydəndi
Gəl Allah hardasan mən tək qaldım
Ged Allah sən gecikdin şeytan gəldi.
(verse:Qaraqan)
Taleyin kaprizləri,Taleyin artisləri,
Sevginin tezisləri,payızın krizisləri
Və terminlərə çevrilmiş həyatım məqamları
İncilin odunuyla yandırırdı Quranları
Allahı axtarırdıq quyularda,qayalarda
Səyfələr qorxudurdu gizlənirdik yaralardan.
Ama bu sağatmırdı. Diaqnoz tənhalıq.
Biz bəzən milyonların arasında tək qalırdıq...
Sakit ol danışma! Danşma! onlar başa düşməz səni !
Bizim öz fikrilərimiz onların öz prinsipləri.
Biz tozlu otaqlarda kəşf edirdik dünyaları
Hər şeyi tapmışdıq , tapmamışdıq insanları!!
Biz Tənha adalar tək çəkilib dənizlərə,
Satmadıq qəlbimizi xəyanətə , kənizlərə
Zamanın iynələri sualları toxuduqca
Sən heç nə bilmədiyini anlıyırsan oxuduqca.
(Nəqarət: Qaraqan)
Dur zaman yaddaşımda cavan qalım.
Yox küləy , gözyaşlarım küləydəndi
Gəl Allah hardasan mən tək qaldım
Hardasan Allah? Hardasan? Mən Tək qaldım.
Dur zaman yaddaşımda cavan qalım.
Yox küləy , ağlamıram küləydəndi
Gəl Allah hardasan mən tək qaldım
Ged Allah sən gecikdin şeytan gəldi.
(verse:AiD)
Dur zaman qanımı iç bitrim həyatı bu nöqtədə
Vücudum arzu tutdu axdı ulduz son dəyqədə
Dizləri yığmırdım mən həyat önümdə baş əydikcə
Sıxılır tənha ürək kapilyarlar hörüldüycə
Dirildiycə qürur sevgi baxcasında ağac əkdi,
Qocalmış rahiblər rahibələri sınağa çəkdi
Gözünü zamana dikti yazılar adımı ləkələdikcə,
Həqiqət axtarışı da paslanırdı gün ötdükcə
Hayat verir əzab edir tələb bir az səbirli ol!
Ürəy veridi qələm veridi.Təb mənim arzum sehirli yol.
Günəşin qarşısında qan ağlıyır merkuri.
Cəhənnəmin nümünəsi gözündəki o zəhərli son
Göz qamaşdırıcıdı peyda olunan hər bir evrika
Kabus uşaq oyunudu ilk baxışda yoxdu mistika
Yalan var Bizi azdıran əməllər var
Şeytanın repertuarında görəsən daha nələr var
(Nəqarət:PRoMete)
Dur zaman yaddaşımda cavan qalım.
Yox küləy , gözyaşlarım küləydəndi
Gəl Allah hardasan mən tək qaldım
Hardasan Allah? Hardasan? Mən Tək qaldım.(x2)