Bu dünyada görmədimki,
Sözü üzə desinlər,
Arxanca deyirler ancaq...
Kimi yalan, kimi dürüst
Kiməsə görə yalanda düz
Həyat oyun, biz oyuncaq...
Kənardan izləyici kimi baxdım həyata,
Göz önündə insanlar yalan, saxta...
Yaşaya bilmərəmki,
Bu qədər yalanlar içində.
Baş götürüm uzaqlara...
Bu həyatda tək diləyim!
Sevənim olmasın, istəyənim olmasın.
Bilənim olmasınki harda itib, batmışam mən...
Soruşan olmasın, axtaranım olmasın.
Olsa söyləyinki qış yuxusuna yatmışam mən...