Bax bir bunlara,
Qəşəng deyilmi?
Dəstim tamamdır deyə düşünməzdinmi?
Düşünməzdinmi mən o qızam
O qız ki, hər şeyə sahibdir?
Bax xəzinələrə
Gizli və saysız
Nə qədər möcüzə bir mağara tutar, hesabsız?
Baxıb buraya düşünərdin,
Əlbəttə, var sənin hər şeyin
Varımdır cihaz və alətlərim çoxca
Varımdır şey-şüylərim bolluca
İstəyirsən bunlardan birini?
Var məndə iyirmisi
Amma, nə olsun?
Önəmsiz bunlar
Başqa arzum var
İstərdim olmaq, insanların dünyasında
İstərdim baxmaq, rəqs edərkən onlara
Gəzirsən üstündə onların - onlara nə deyirsiniz?
Ax, ayaqlar!
Üzgəcləri tərpətməklə bir şey olmur
Ayaqlar lazımdır rəqsə, atılmağa
Dolaşmağa boyunca onun - hansı söz idi yenə?
Küçələr
Yuxarıda gəzirlər, yuxarıda qaçırlar
Yuxarıda onlar günəş altındadırlar
Gəzirlər azad - kaş o dünyanın
Bir hissəsi olsaydım
Nə verməzdim, yaşaya bilsəydim sulardan uzaq?
Nə ödəyərdim, bir gün keçirsəydim isticə qumsalda?
Əminəm, onlar anlayarlar quruda
İnanmıram, onlar qınayarlar qızlarını
Parlaq bir qadın, üzməkdən yorğun
Biraz dayananda
İnsanların bildiyini, hazıram bilməyə
Suallar verməyə və cavablar almağa
Alov nədir və niyə - bu söz necədir?
Yandırır?
Növbəm çatanda?
İstəməzdimmi dolaşım yuxarıda sahilləri?
Dənizdən uzaq
Kaş olaydım mən də
O dünyanın bir hissəsi