Əynindən soyunub qaranlıqları
Qədərin hökmündən ayrılıb gəlir
Pərvanə can atır şam işığına
Gecənin içindən sıyrılıb gəlir
Necə möcüzədir, İlahi, görən??
Ölümə gələnlər belədir gəlir
Əcəli gizlənib qanadlarında
Ömürdən sıyrılıb ölümə gəlir
Ocaq deyək dünyanın dərdini daşıyanlara..
Nur deyək pərvanə ömrü yaşıyanlara..
Sevgisi ömürdür bu sevgisiylə
Tək gəlib dünyaya cahana tənha
Pərvanəlik var xislətində
Тənha pərvanədir, Pərvanə tənha..
Necə möcüzədir, İlahi, görən??
Ölümə gələnlər belədir gəlir
Əcəli gizlənib qanadlarında
Ömürdən sıyrılıb ölümə gəlir
Ocaq deyək dünyanın dərdini daşıyanlara..
Nur deyək pərvanə ömrü yaşıyanlara..