(Verse: PRoMete)
Dünyaya sorğusuz gəldik,
Sözlər ölkəsində qələm aldığ əllərimmi oldu günahkar.
Bu yazılan sətirlərə görə, yoxsa beyin fikirləşdi,
Çıxılmaz sualların dilemmasında azdığ
Bizə hər şey azdır, biz tamah övladları, biz günah övladları.
Buz tutub ürəkləri, biz nə edə bilərdik ki, belə olmaması üçün.
Hər şeyin başlanğıcı bizdən daha əvvəldi.
Bizim qaranlığımız vardı, biz bu qaranlığı da yardıq ki,
Bəlkə günəşi taparıq arxasında, amma orda heç ay da yox idi.
İndi heç ümüd də yoxdu, əvvəlində bitti oyunun bizi aldadırmışlar.
Anlıyanda ancağ güldük, həyatı ikiyə böldük.
Bunnan sonrakı və bunnan əvvəlki...
Yəni inandığın bir də soyuğluğun hakimiyyəti bəs sevgi,
Sevgi də kimdədisə gizlədir.
(Nəqarət: PRoMete)
O sənin içində, O sənin üzündə,
O yerin üzündə, O tək mümkün.
O güc dizində, O gülüş üzündə
Hər kəsin izində, tək bir düzgün(x2)
(Verse: AiD)
Danışmağa çox şey var, bu qədər ömür yaşayannan sonra,
Başqalarının da yükünü beldə daşıyannan sonra.
İçimdə peşmançılığ hissi yoxdu başdadığ deyə,
Ulduz etmək istəsəz də biz qalxmadığ göyə.
Çox tərif yağdı amma hansı içdən, hansı yalandan.
Seçməy olmur üstdən isti baxış, soyuğ salamdan.
İçimdə əminlik var bilirəm xoşdu gələcək
Əgər nəyəsə layiqiysə boşdu başqa hər gerçək
Sulanır indi hər dibçək amma nə fayda,
İçilən zəhərdisə, yaşamaz insan hətta böyük sarayda.
Bəsit insan çox sayda, öz planları ilə nəsə arzulamağ.
Bir qayda, həyat nə hayda biz nə hayda.
Nə qədər qəlb, hələ də darda, kömək gözlüyür
İçimdə qorxu var ki, bəzənə kömək əlimi gözlədir.
Beyində, suallar var ki, əsl həyat sorğusu,
İçimdə ruh var, onun içində azad olmağ arzusu...
(Nəqarət: PRoMete)
O sənin içində, O sənin üzündə,
O yerin üzündə, O tək mümkün.
O güc dizində, O gülüş üzündə
Hər kəsin izində, tək bir düzgün(x2)
(Skit: PRoMete)
Bizim qaranlığımız vardı, biz bu qaranlığı da yardıq ki,
Bəlkə günəşi taparıq arxasında, amma orda heç ay da yox idi.
(Skit: AiD)
Beyində, suallar var ki, əsl həyat sorğusu,
İçimdə ruh var, onun içində azad olmağ arzusu...
(Nəqarət: PRoMete)
O sənin içində, O sənin üzündə,
O yerin üzündə, O tək mümkün.
O güc dizində, O gülüş üzündə
Hər kəsin izində, tək bir düzgün(x2)