Mən onu sevirdim, canım yansa da ...
O məni sadəcə dostu sansa da ...
Günəş tək başıma hey dolansa da...
Yanımda həsrətin kölgəsi vardı...
Gah onu qısqanıb, gah inciyərdim...
Özümə ən aciz adam deyərdim...
Dilimdə guya ki Çox İstəyərdim...
Qəlbimdə SEVİRƏM kəlməsi vardı....
Çünki...
Onun ürəyində, özgəsi vardı...
Çünki...
Onun ürəyində, özgəsi vardı...
O nə vaxt gülürdü, mən də gülürdüm.
Sevinci bölürdüm, qəmi bölürdüm.
Bu yolun sonunu, dəqiq bilirdim...
Hardasa ayrılıq döngəsi vardı...
Çünki...
Onun ürəyində, özgəsi vardı...
Çünki...
Onun ürəyində, özgəsi vardı...
Mənə sevdiyindən danışan o qız....
Bilmirdi sevirəm mən onu yalnız...
Bir film kimiydi yaşadığımız....
Bu filmin sonuncu səhnəsi vardı...
Çünki...
Onun ürəyində, özgəsi vardı...
Çünki...
Onun ürəyində, özgəsi vardı...
Qəlbimdə sevirem kəlməsi vardı...
Amma...
Onun ürəyində, özgəsi vardı...