(Nəqərat öncəsi)
Onsuz yatmıram bu gecələri
Ola xəbəri ola xəbəri,
Onsuz dünyanın yoxdu dəyəri,
Yenə bilmirəm qəmi kədəri,
Onun boş qalıb qəlbimdə yeri
Ola xəbəri ola xəbəri,
Sızladır məni xatirələri
Çəkə bilmirəm bu çilələri
(Nəqərat)
Ürəyim yanar ondan ötrü,
Qulağımda səsi ,burnumda ətri,
Gələ bir mənə xəbər ətri
Qayıda geri qayıda geri...
(2-ci versiya)
Keçdi gecəyarı üzü sabaha sarı
Gözümü oxşar şəhərin işıqları
Biri var - onda arzularımın açarı,
Odur məhrum edən gözümdə yuxuları
Bir biləydi ki, odur canım mənim
Onsuz inam kimidir zamanım mənim,
Unuda bilmədim onu neyləyim,
Onun dərdləridir rahatlığıma qənim,
Alıb hisslərimə edir savaş
Bu kövrək qəlbimə necə basım ki, daş,
Ürəyimdə təlaş gözümdə yaş,
Qürurum təslim olur sevgimə yavaş-yavaş
(Nəqərat öncəsi)
Onsuz yatmıram bu gecələri
Ola xəbəri ola xəbəri,
Onsuz dünyanın yoxdu dəyəri,
Yenə bilmirəm qəmi kədəri,
Onun boş qalıb qəlbimdə yeri
Ola xəbəri ola xəbəri,
Sızladır məni xatirələri
Çəkə bilmirəm bu çilələri
(Nəqərat)
Ürəyim yanar ondan ötrü,
Qulağımda səsi ,burnumda ətri,
Gələ bir mənə xəbər ətri
Qayıda geri qayıda geri..