Bənd 1
O mənim sevgilim, o mənim öz gülüm
O elə güldür, onu güllər içindən seçərəm
Nə mən onsuz gəzərəm, nə nazından bezərəm
Mən onun sevgisi uğrunda canımdan keçərəm
Görürəm özüm də, o mənim gözümdə
Uca dağlar qədər ucqardı və saf göyüsü qədər
Ona etdikdə xəyal, ürəyim verdi sual
O bilir mi sən onun, vurğunusan bir bu qədər?
Nəqarət x2
O qız bilir, mənə naz etsə də
O qız bilir, o hara getsə də
O qız bilir, gələrəm mən
O qız bilir, gələrəm səsləsə
O qız bilir, ayrılmaq istəsə
O qız bilir, ölərəm mən
Bənd 2
Sevərəm ölüncə, əcəlim gəlincə
Əlim əllərini tutar, gözlərim gözlərinə baxar
Onla istərdim olum, geriyə yoxdu yolum
Yaşadar ya məni bu sevgi ya axırıma çıxar
Odur başımın tacı, həm şirin həm acı
Odur mən istədiyim sevgi dolu sonsuz həyat
Onla biryerdə öləm, yenə dünyaya gələm
Yenə mən istəmərəm, onsuz ölüm onsuz həyat
Nəqarət x2
O qız bilir, mənə naz etsə də
O qız bilir, o hara getsə də
O qız bilir, gələrəm mən
O qız bilir, gələrəm səsləsə
O qız bilir, ayrılmaq istəsə
O qız bilir, ölərəm mən