(nəqarət: Ayka)
Tərk etdiyin, o yerdə tək,
Hər gün eyni ümidlə gözləyərək.
(verse 1: Feck)
Səni, səni tanımadığım yeni sənsiz vaxtlarımda sevmişdim mən.
Səni, səni fikirləşdiyim sənsizliyimdə kəşf etmişdim mən.
Səni dağ zirvəsi bilib ətəklərinə çox uzağdan gəlmişdim mən.
Səni zirvədən də yüksəkdə buluddan beşikdə körpə kimi yatdığını bilmirdim.
Sən mənim üçün film deyilsən ki, gözlərim sənin sonunu gözləsin.
Baş rolunu oynadığımız bu filmin sonu hər kəsi kövrəltsin sevincdən.
Sən ölümümdə son, doğuluşumda ilk nəfəsim, artdı həvəsim
Yarı olduğumu səni görəndən sonra dərk etdim.
Sənlə əl-ələ gəzdiyimiz küçələrin toz-torpağı doğma. (doğma)
Sənlə oturub dalğasına baxdığım dənizin çirkabı doğma.
Sənlə kədərini daddığım o həsrətin xatirələri belə doğma gəlir.
Sənlə yaşadığım sevginin qorxusu doğma, içimi dəlir.
Yadıma düşəndə ki, bu məsafələri dəf edərək yeni görüş gəlir.
Qəfəsə bağlanıb sanki zaman, sanıyələr uzanhauzan, (uzanhauzan).
Sənə desəm ki, uzaqda gördüyüm şəhərin işıqları saxta gözəllik.
Zövq ala bilmirəm, sənsiz qala bilmirəm, ah tez geri dönsəm.. (tez geri dönsəm)
(nəqarət: Ayka)
Tərk etdiyin, o yerdə tək,
Hər gün eyni ümidlə gözləyərək.
Tərk etdiyin, o yerdə tək,
Hər gün eyni ümidlə gözləyərək.
O, dönəcək!
(verse 1: PRoMete)
Səni məndən ayırsaydı ölüm, bəlkə belə çətin olmazdı, hər gün səni fikirləşməzdim.
Daha rahat olardı içim, ağlıyardım hər gün biraz, gözüm arxanca qalmazdı.
Şəkillərinə baxardım, qədər ilə razılaşmazdım, bir gün ya mətbəx bıçağı,
ya da ülgüc dost olardı damarlara, bu tərəflərdə səndən ayrı qalmazdım.
Amma nə yazıq ki, yazı başqa, sağsan və məndən ayrı ona görə başqa fikirlər fırlanır başda.
Səni öldürmək hissi keçir içimdən,
Buna görə Günəşim, (Günəşim) məni bağışla.
Sənə ünvanladığım söyüş və qarğışlardır.
Yəqin, işlərinin tərs getməsinin tək səbəbi.
Qarşısını ala bilmirəm artıq artan əsəbin,
Mən nə bilim ki, nə deyim ki, xoşuna gəlim?
Deyim ki, "səni sevmirəm artıq!"
Özümə yalan danışa bilmirəm, bunu məndən yaxşı bilirsən.
Yoxsa deyim "səni dəli kimi sevirəm"?
Yox səni səndən çox sevəcək qədər ağıllıyam, bunu bilirsən.
Ya da mobil telefon, hələ də adının sonunda "M" hərifi durur.
Sadəcə, mesaj yazacaq qədər mənlik balansında yoxdur qürur (yoxdur qürur).
Tüpürmüşəm zamanla əlaqəli bütün aforizmlərə,
"Zaman unutdurur" kimi boş sözlərə.
Ya da "sevgilinə görə, sevgiyə görə çalışmaq lazımdır" kimi xoş sözlərə.
Şabonlardan uzaqlaşmışdım, sənin "O" olduğunu dərk edəndə.
Ya da ki, hamıdan fərqli "sən get, mən otururam" deyib məni tərk edəndə.
Sənin deyərək-gülərək keçirdiyin günlərdə,
Mən hələ də "necəsən?" soruşanlara cavabda deyirəm
"Belə də". ("Belə də")
(skit)
Əgər sən qarşılıqlı məhəbbətsiz sevirsənsə, yəni sənin sevgin bir sevgi olaraq cavab
sevgisi doğurmursa, bir sevən adam kimi sən həyatı təzahürünlə özünü sevdirə bilmirsənsə, onda sənin sevgin gücsüzdür.
Və bu bədbəxtlikdir.
(nəqarət: Ayka)
Tərk etdiyin, o yerdə tək,
Hər gün eyni ümidlə gözləyərək.
Tərk etdiyin, o yerdə tək,
Hər gün eyni ümidlə gözləyərək.
O, dönəcək! O, dönəcək!
O, dönəcək! O, dönəcək!
O, dönəcək!