Nəqarət:
Tərk etdiyin, o yerdə tək,
Hər gün eyni ümidlə gözləyərək.
O, dönəcək!
Verse:
Səni məndən ayırsaydı ölüm,
bəlkə belə çətin olmazdı,
hər gün səni fikirləşməzdim.
Daha rahat olardı içim, ağlıyardım
hər gün biraz, gözüm arxanca qalmazdı.
Şəkillərinə baxardım, qədər ilə razılaşmazdım,
bir gün ya mətbəx bıçağı,
ya da ülgüc dost olardı damarlara,
bu tərəflərdə səndən ayrı qalmazdım.
Amma nə yazıq ki, yazı başqa,
sağsan və məndən ayrı ona görə
başqa fikirlər fırlanır başda.
Səni öldürmək hissi keçir içimdən,
Buna görə Günəşim, (Günəşim) məni bağışla.
Sənə ünvanladığım söyüş və qarğışlardır.
Yəqin, işlərinin tərs getməsinin tək səbəbi.
Qarşısını ala bilmirəm artıq artan əsəbin,
Mən nə bilim ki, nə deyim ki, xoşuna gəlim?
Deyim ki, "səni sevmirəm artıq!"
Özümə yalan danışa bilmirəm,
bunu məndən yaxşı bilirsən.
Yoxsa deyim "səni dəli kimi sevirəm"?
Yox səni səndən çox sevəcək
qədər ağıllıyam, bunu bilirsən.
Ya da mobil telefon, hələ də
adının sonunda "M" hərifi durur.
Sadəcə, mesaj yazacaq qədər mənlik
balansında yoxdur qürur (yoxdur qürur).
Tüpürmüşəm zamanla əlaqəli
bütün aforizmlərə,
"Zaman unutdurur" kimi boş sözlərə.
Ya da "sevgilinə görə, sevgiyə görə
çalışmaq lazımdır" kimi xoş sözlərə.
Şabonlardan uzaqlaşmışdım,
sənin "O" olduğunu dərk edəndə.
Ya da ki, hamıdan fərqli "sən get,
mən otururam" deyib məni tərk edəndə.
Sənin deyərək-gülərək keçirdiyin günlərdə,
Mən hələ də "necəsən?"
soruşanlara cavabda deyirəm
"Belə də".
Skit:
Əgər sən qarşılıqlı məhəbbətsiz sevirsənsə,
yəni sənin sevgin bir sevgi olaraq cavab
sevgisi doğurmursa, bir sevən adam kimi sən
həyati təzahürünlə özünü sevdirə bilmirsənsə,
onda sənin sevgin gücsüzdür.
Və bu bədbəxtlikdir.
Nəqarət:
Tərk etdiyin, o yerdə tək,
Hər gün eyni ümidlə gözləyərək.
Tərk etdiyin, o yerdə tək,
Hər gün eyni ümidlə gözləyərək.
O, dönəcək! O, dönəcək!
O, dönəcək! O, dönəcək!
O, dönəcək!
Nəqarət:
Tərk etdiyin, o yerdə tək,
Hər gün eyni ümidlə gözləyərək.
O, dönəcək!