current location : Lyricf.com
/
Songs
/
İnsan dedilər lyrics
İnsan dedilər lyrics
turnover time:2024-10-05 03:25:54
İnsan dedilər lyrics

(Nəqarət)

Bu oyunların sonuna udan uduzan dedilər

Yazdığımız sətirlərə güldülər, asan dedilər

İllərlə baş kəsib, qan içib doymayan bəşəriyyət

Allahu Əkbər! deyib oxunsun Azan dedilər

(Bənd)

"Öz əsərlərində yaşayanlar ölmür" yazıb dahilər

Unudulduğunuz yerlərə "Fəxri Xiyaban" dedilər

Yelkənsiz gəmiləri sahibsiz buraxan sahillər

Boğulan insan görüb qoy ölsün nadan dedilər

Daşlanmış qadının fəryadı göyə sovrulanda

Şəriyyətdə belədi, qanun buyurub Qur’an dedilər

"İnsanları niyə bədbəxt elədiniz?" soruşanda

Bizlərdə nə şərəf var, nə də vicdan dedilər.

Küçədə yatanların ağrı, əzabı gözə görünməz

Sökülən daxma yerinə tikilir fontan dedilər

Dedilər Şəhidlər ölməz, guya ki Vətən bölünməz

Satılan torpaqların şərəfinə şampan dedilər.

"Müharibə davam etsə

tökülər qan" dedilər,

"Bizə vacib həyatda pul

birdə can" dedilər.

Bəs Vətən, şəhidlər, itirilən Torpaqlar?

"Bilmirik nə qədər itirib Azərbaycan" dedilər.

Mətnimə yaşadan sətrimə dərman dedilər

Sinəmə orden taxıb qətlimə fərman dedilər

Qəlbdə bağırırdım üzdə it kimi hürürdüm

Sən hür yavaş-yavaş gedir karvan dedilər

Analarımın tapdalanmış haqları unuduldu

Xaşxana fahişələrinə şöhrət ilə şan dedilər.

Şuşada Xarı Bülbül solub quruduldu

"Günahkar biz deyilik, rus və Köçəryan" dedilər

Benzin bahalaşmasaydı özümüzü yandırardıq

"Benzin nəyivə gərəydi, elə-belə yan" dedilər

Biz qansaydıq hamını qandırardıq

Niyə bizə nökər özlərinə xan dedilər?

Batdıqca batırıq günah ümmanında

Ölün batın qalın lüt-üryan dedilər

Okaberəm, yığışdıq Canavar ünvanında

"Nədi canavar? Hansı ünvan?" dedilər.

(Nəqarət)

Bu oyunların sonuna udan uduzan dedilər

Yazdığımız sətirlərə güldülər, asan dedilər

İllərlə baş kəsib, qan içib doymayan bəşəriyyət

Allahu Əkbər! deyib oxunsun Azan dedilər

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by