current location : Lyricf.com
/
Songs
/
Neyləyim lyrics
Neyləyim lyrics
turnover time:2025-04-17 08:38:38
Neyləyim lyrics

Bənd 1

Məhəbbətlə dolu ürəkdən dilənirəm,

Tacda olan dilənçiyəm mən.

Hər ümid gölündə,batan gözlərin

Tək güman yeri,sevinciyəm mən.

Yorulmuş vicdanın,son sözlərini

Qəlbə deyən,göyərçinəm mən.

Sahildə can verən,sevgiləri

Dərinə çəkən,dənizçiyəm mən.

Xəyanətlə dolu xatirələri qonaq edən,

Bir otağam mən.

Günahsız yollarda,əbədi gözlərini yuman,

Piyadayam mən.

Qəhrəmanı məğlub,şər qalib olan

Kədər dolu,nağıldayam mən.

Ədalət doğulsa,günəşlə bir gün

Dərin yuxudan oyanaram mən.

Nəqarət

Amma neyləyim

Həyat belə qurulub…

Neyləyim

Həyat belə qurulub…

Bənd 2

Küləklər əsir,hissləri aparır,

İnsanlar donub qayalar kimi.

Nə qayğı,nə sevgi,hər şey üzdə

İçi boş qalan saraylar kimi.

Bu şəhər itirib öz ruhunu,

Biz özgə burda,qonaqlar kimi.

Danışır şəkillər,boş küçələr,

Bizə güc verir xəyallar kimi.

Analar ağlayır,itən övladı ilə

Birgə solur,yarpaqlar kimi.

Təbəssüm azalıb,ətraf darıxır

Gülüşlər üçün,yanaqlar kimi.

Gələcək dumanlı,yollar aparır

Zülmətə doğru,qatarlar kimi.

Nəğmələrin səsi ürəklərdə

Bir ümid olur,sabahlar kimi.

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
Miri Yusif
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian
  • Genre:Hip-Hop/Rap, Reggaeton
  • Official site:http://www.facebook.com/profile.php?id=100005237944731&ref=ts&fref=ts
  • Wiki:http://en.wikipedia.org/wiki/Miri_Yusif
Miri Yusif
Latest update
Copyright 2023-2025 - www.lyricf.com All Rights Reserved