Çoxdan unudmuşdum
Unudulmağı
Sən xatırlatdın
Çoxdan unudmuşdum
Çoxdan unudmuşdum
Özümü itirib
Səndə tapmağı
Çoxdan unundmuşdum
Əl dəyməmiş yoxluğuma
İlk baxışda toxunmuşdun
Daha dünən kimi ağlımda
Nə dəyişdi dünəndən bu günə
Əcəl olduq bir birimizə
Susma, bir cavab ver bu dəfə
Niyə bu əlvəda?
Nə oldu bizə belə?
Səni son dayanacaq sanarkən
Sol yanımı alıb gedirsən bir anda
Niyə bu əlvəda?
Nə oldu bizə belə?
Sinəmi ağrıtdı son dəfə
"Sən" deyə içimə çəktiyim nəfəs
Niyə bu əlvəda?
Niyə niyə bu əlvəda?
Bir cavabın kifayət ikən
Son bir sual buraxıb gedirsən
Niyə bu əlvəda?