current location : Lyricf.com
/
Songs
/
İnanma lyrics
İnanma lyrics
turnover time:2025-04-16 06:09:19
İnanma lyrics

Verse 1:

Qorxu nağıllarındakı qəhrəmanlardanam,

Ordan qaçıb bura düşmüşəm..

Köpək dişlərim var.

Mənə bax! Səni yeyərəm..

Məndən qorx!

Hər gecə iki diri bala parçalamasam, rahat yata bilmirəm,

Düzü, özüm də bilmirəm niyə belə oldum.

Bir səhər yatdım, gecə durdum,

Gördüm, gözümün içi qan..

Güzgüyə baxmaqdan qorxuram o gündən,

Günəşi də sevə bilmirəm artıq..

O da məni sevmir, çünki...

Düşündüm ki, bəlkə, yuxudur, dişlədim qolumu..

Qoluma iz düşüb o gündən..

Özümdən qorxmağa başlayıram.

Evi sür-sümük basıb,

Qonşular da şikayətlənir əlimdən.

Qonşunun oğlunu da yedim dünən hirsimdən,

Sonra ordan qaçdım gizlin mən..

İndi gündüzləri zirzəmilərdə keçirən nağıl qəhrəmanlarındanam..

Nəqarət:

İnanma...

Nağıl danışırlar sənə.. Boşdu..

Hər şey göründüyü kimi deyil, içi boşdu,

Boşdu, boşdu, boşdu...

İnanma...

Yalan danışırlar sənə.. Boşdu..

Hər şey göründüyü kimi deyil, içi boşdu,

Boşdu, boşdu, boşdu... (x2)

Verse 2:

Mən kölgəlikləri sevmirəm,

Mənim yerim gün altıdır..

İstəyirəm gün altında qanadlarım parıldasın,

Hər kəs məni tanısın..

Hündürlükləri sevirəm,

Tək qorxum qartallardı..

Uçmağı təzə öyrənmişəm.

Göydən yer üstü nə gözəldir?!

Uçsan, sən də görərdin..

Sən də mənim kimi, dəli kimi sevə bilərdin,

Göyərçin olduğunu dərk etdiyin anda

Dərdləri tərk edərdin, tək gedərdin,

Və bir gün cüt olardın.

Yanına bir dişi qoşulardı,

Daşı-divarı fərqli görməyə başlardın.

Hər tərəf çiçəklə dolardı,

Sevdiyin rəngi alardı ətraf..

"Günəşim" – deyərdin ona sən,

Sevgini hər gün yüz dəfə sübut eləyib

Xoşbətliyin nə olduğunu birdəfəlik anlayıb ömür sürərdin..

Nəqarət:

İnanma...

Nağıl danışırlar sənə.. Boşdu..

Hər şey göründüyü kimi deyil, içi boşdu,

Boşdu, boşdu, boşdu...

İnanma...

Yalan danışırlar sənə.. Boşdu..

Hər şey göründüyü kimi deyil, içi boşdu,

Boşdu, boşdu, boşdu... (x2)

İnanma...

İnanma...

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
PRoMete
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian
  • Genre:Hip-Hop/Rap
  • Wiki:https://az.wikipedia.org/wiki/ProMete
PRoMete
Latest update
Copyright 2023-2025 - www.lyricf.com All Rights Reserved