Darıxıb tənhalıqdan usanərkən
Bu geniş dünyaya darılarkən
Sevimli web saytıma girdim
Özümə bir həmdəm arıyərkən
Yazdıqca sətirləri düzüm-düzüm
Naməlum biriylə tutuşdu sözüm
Onunla yazışanda hər günüm
Alışdım ona bilmədən özüm
Tərzi həm tərzimə uyğun
Fikir və cümlələri dolğun
Aradığımı onda buldum
Bircə onun olaraq aşiq oldum
Bu ilkbaharda bu yazda
Qalmışdı fikrim bir qızda
Tanıdım onu canım azda
Çıxdı qarşıma Nabranda
Gün gəldi onu görmək istədim
Yetərki səni görüm,görüm dedim
Qismətsə birgün dost olarıq dedi
Bir kərə üzünü görə bilmədim
Ötüşüdü günlər keçdi zaman
Əlimi üzəbilmədim ondan
Çıxmadı fikrimdən, xəyalımdam
Sadəcə şəklini istədim ondan
Göndərdi mənə gəldi bir şəkli
Mat qaldım bu haranın fotomodeli
Hər oğlan arzular belə gözəli
Doğurdanmı bu o qaldım şübhəli
Bu ilkbaharda bu yazda
Qalmışdı fikrim bir qızda
Tanıdım onu canım azda
Çıxdı qarşıma Nabranda
Hədər yetişdi çatdıq bu yayın qızmarına
Üz tutub dincəlməyə əyləncəyə Nabrana
Gün keçir dənizdə ,sahildə, diskolarda
Göz qalır cazibəli bədənli qızlarda
Uzaqdan birisinə dikildi gözlərim
Qızların içində o oldu hədəfim
Düşündüm bir belə olsa sevgilim
Yaxınlaşıb bir ünsiyyət qurmaq istədim
Üzünü görüncə yerimdə duruxub qaldım
Yoxsa mən həmən bu qızın şəklini yada saldım
Doldu zihnimə sığmadı həyəcanım
Deyəsən gərçək oldu düşündüyüm xəyalım
Gözümdə parlayan yanan bir ümüd ilə
Dedim sözümü ona biraz tərəddüd ilə
Guman ki oda tanıdı məni əlbət
Dedi xoşgördük axır səni nəhayət
Bu ilkbaharda bu yazda
Qalmışdı fikrim bir qızda
Tanıdım onu canım azda
Çıxdı qarşıma Nabranda