current location : Lyricf.com
/
Songs
/
Nəbz lyrics
Nəbz lyrics
turnover time:2025-04-16 00:38:06
Nəbz lyrics

PRoMete:

Kimsə dinləyəndə deyəcək ki, fake guitar,

Mənim üçün isə əsas odur ki, bu musiqidə ruh var.

Çoxdandı yazmıram, qələmlə vərəqdə,

Amma bu o demək deyil ki, azalıb səbəblər.

Dostlarım uzaqlarda, Ankara, Oslo, Milan,

Bakının küləkli havası bezdirir yaman.

Qırıqlar mənalarla, toplayıram sətirlər,

Amma ki, bütün fikirlərim dağılır bir ətirlə.

O sənin əlindən əlimə keçən iy,

Səninlə əl-ələ gəzərdim çox küçəni,

Amma ki, Bakı küləyi dağıdır saçını.

Səni qorumaqdır ömürlük seçimim.

PRoMete/Günəş:

Demədiyim şeylər var sözlərlə,

Sən tut əlimdən, bax gözümə.

Cümlələr olur dar, sözlər də,

Elə ki, nəfəsin dəyir üzümə. (x2)

PRoMete:

Sənə Günış dedim, parladın ömrümdə,

Amma ki, bir neçə il əvvəl, yadımdadır, ömrümdə,

Yatsaydım, bəlkə də, yuxumda da görməzdim,

Yox, elə ancaq yuxularda görərdim mən bizi.

Əl-ələ gəzməyimizi, diz-dizə söhbətlərimizi,

Dodaqlar toxunardı, yuxudan oyanardım.

Kimsə deyib: bir yerdə olmaq soyudur sevgini,

İstəyərdim o adam dinləsin mənim nəbzimi,

Duyandan səsini, tutanda əlini,

Sığallayıb qucaqlayanda incə belini,

Qoxlamaq telini, dünyanın ən zövqlü işi,

Sanki, bütün problemlər sənsizlikdə ilişib.

Düzəlir hər bir işim, varsansa yanımda,

Yaşamı bağlamışam, tək sənin varlığına.

Mübahisələr, davalar, qısa müddətli ayrılıqlar

Qalır arxada, Günəşim, pıçılda.

PRoMete/Günəş:

Demədiyim şeylər var sözlərlə,

Sən tut əlimdən, bax gözümə.

Cümlələr olur dar, sözlər də,

Elə ki, nəfəsin dəyir üzümə. (x2)

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
PRoMete
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian
  • Genre:Hip-Hop/Rap
  • Wiki:https://az.wikipedia.org/wiki/ProMete
PRoMete
Latest update
Copyright 2023-2025 - www.lyricf.com All Rights Reserved